Azərbaycanın kosmik operatoru olan «Azərkosmos» ASC 2018-ci ili də zərərlə başa vurub. Bu barədə şirkətin 2018-ci il üzrə yekun hesabatında bildirilir.
Hesabata görə, «Azərkosmos»ASC-nin aktivləri ötən il 23 milüon manat azalaraq 676,2 milyon manatdan 653,6 milyon manata düşüb.
Şirətin öhdəlikləri isə təqribən 70 milyon manat azalaraq 811 milyon manatdan 740 milyon manata enib.
Hesabata görə, 2018-ci ildə «Azərkosmos» ASC-nin satışdan gəlirləri 36 milyon 812 min manat olub. Amma satışın maya dəyəri və inzibati xərcləri nəzərə alanda şirkət ili 7,6 milyon manat təşkil edib. Sair gəlirləri də nəzərə alanda şirkət idi 6 milyon 462 min manat zərərlə başa vurub.
Qeyd edək ki, «Azərkosmos» ASC 2017-ci ili də zərərlə başa vurmuşdu, ötən ilki zərər 16,1 milyon manat idi.
Yeri gəlmişkən, şirkət ötən il məzənnə fərqindən 8,8 milyon manat itirib, halbuki 2017-də bu maddə ilə 3,7 milyon əldə etmişdi.
Ümumilikdə indiyədək şirkətin yığılmış zərəri 313,2 milyon manata çatıb, cəmi kapitalı isə mənfiyə düşüb – 87,2 milyon manat. Şirkət 2017-ni də mənfi kapitalla başa vurmuşdu – 135,5 milyon manat.