“Azərbaycanlı startapçıların milyonluq startapları var ki, çoxlu investisiyalar cəlb edirlər

Date:

Paylaş:

2013-2019-cu illər ərzində İnformasiya Texnologiyaların İnkişaf Dövlət Fondu tərəfindən 6 qrant müsabiqə keçirilib və startaplara 1,5 milyon manat vəsait ayrılıb. Bunu fondun icraçı direktoru Azər Bayramov bildirib.

Onun sözlərinə görə, ümumilikdə 6 qrant müsabiqəsindən 900-dən çox müraciət olub. Bunlardan 117-si müsbət cavablandırılıb. Fondun müşahidə şurası tərəfindən 1 milyon 500 min manatdan çox artıq qrant vəsaiti ayrılıb.

Onun sözlərinə görə, hazırda bir çox startaplar xaricdən vəsait cəlb etməyə çalışır.

Yüksək məbləğdə investisiya cəlb edən startaplara gəlincə A.Bayramov Vitali Panamarovun “Vibirey” startapını göstərir. Adı çəkilən startap 100 milyon dollardan çox vəsait cəlb edib. Şirkətin özünün isə 500 milyon  dollar bazar dəyəri var. Bu startap layihəsində qoloqrafik artırılma reallıq displeylərinin istehsalı təşkil olunur.

Digər bir startap olan “Spatium” isə blokçeyn texnologiyası üzərindən kriptovalyutalar üçün cüzdan təmin edirlər. Bu layihəyə də bir neçə milyon dəyərində investisiya ayrılıb. “Azərbaycanlı startapçıların milyonluq startapları var ki, çoxlu investisiyalar cəlb edirlər”.

Nisbətən az vəsait cəlb edən uğurlu startaplar da az deyil: “200-300 min dollar cəlb edən startaplarımız da var. Bunlardan Keepface, Baqlansı, Velp layihələrini göstərmək olar. Hazırda bu startaplar növbəti investisiya mərhələsdindədirlər”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...