Azərbaycanlı sahibkarlar Çində keçiriləcək turizm sərgilərinə dəvət olunurlar

0
842

Bu il Çində 3 turizm sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, aprelin 16-18-də paytaxt Pekin şəhərində XIV Çin Xarici Səyahət və Turizm Sərgisi (China Outbound Travel & Tourism Market – COTTM) və B2B təşkil olunacaq. Bu, Çində xarici turizmin inkişafı üçün nəzərdə tutulan illik turizm sərgisidir.

Həmçinin mayın 24-27-də “SWTF 2018 – Shanghai World Travel Fair” və iyunun 14-17-də “ITE Hong Kong 2018 – The 32nd International Travel Expo Hong Kong” sərgiləri keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunurlar.