Azərbaycanlı milyarderlərin bazarında yanğın

0
1172

Moskvanın “Sadovod” bazarında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Bazar azərbaycanlı iş adamları – Qodu Nisanov və Zərah İliyevə məxsusdur.

Bundan əvvəl Verxniye-polya küçəsində baş verən yanğının Sadavod bazarında 300 kvadrat metr sahəni əhatə etdiyi bildirilirdi. Yanğın üçmərtəbəli dəmir pavilyonun birinci mərtəbəsində meydana gəlib. Yaxınlıqdakı obyektlərdən 40 nəfər təxliyyə olunub.

“00:05 radələrində yanğın lokallaşdırılıb, saat 03:51-də isə tamamilə söndürülüb. Yanğının söndürülməsində 100-dən çox xilasedici iştirak edib, əməliyyata 30 yanğınsöndürmə texnikası cəlb olunub.