Azərbaycanlı milyarderin yaxtası birinci oldu

Date:

Paylaş:

Milyarderlər Əlişir Usmanov və Vahid Ələkbərovun yaxtaları ümumdünya “World Superyacht Awards 2017” mükafatçılarının sırasına daxil olub.

Müsabiqənin nəticələri bu günlərdə Florensiyada elan edilib.

Azərbaycanlı iş adamı, Rusiyanın “LUKoil” neft şirkətinin rəhbəri Vahid Ələkbərova məxsus “Galactica Super Nova” yaxtası uzunluğu 50 metrdən yuxarı olan mühərrikli yaxtalar arasında birinci yeri tutub.

“İlin yaxtası” mükafatı isə Əlişir Usmanovun “Dilbər” yaxtasına verilib. “USM Holding”in rəhbərinin su nəqliyyatının tayı-bərabəri olmayıb. “World Superyacht Awards” mükafatının təsisçilərinin yekdil fikrinə görə, Usmanovun yaxtası tarix boyunca mövcud olmuş ən gözəl yaxtadır.

“Yaxtanın daxili gözəlliyi, onun interyerindəki nadir materiallardan istifadə olunaraq hazırlanmış elementlər və eyni zamanda, yaxtanın daxilində mövcud olan 180 kubmetrlik hovuz adamı təəccübləndirməyə bilməz. Bu yaxta ən layiqli qalibdir”, – mükafatın təsisçiləri bildirir.

Ekspertlərin fikrincə, uzunluğu 157 metr olan 15,917 ton tutumlu “Dilbər” yaxtasının təxmini dəyəri 600 milyon dollardır.

©Virtualaz.org

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...