Azərbaycanlı milyarderin şirkəti İranda neft hasil edəcək

0
699
Vahid Ələkbərov

Mart ayında Rusiyanın “Lukoyl” neft şirkəti ilə İranın Milli Neft Şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

Bu barədə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov məlumat verib. V.Ələkbərov bildirib ki, onun rəhbərlik etdiyi şirkət İranın Xuzistan vilayətindəki “Mənsuri” neft yatağına maraq göstərir.

İranın Milli Neft Şirkətinin direktoru Əli Kərdri isə qeyd edib ki, “Mənsuri” yatağı 1963-cü ildə kəşf edilsə də, bu yataqdan neft hasilatı 1974-cü ildə başlayıb. O, yatağın birgə istismar edilməsini tərəflər üçün faydalı olacağını bildirib.