İsveçrə şirkətinin regional ofisinə azərbaycanlı rəhbər təyin edilib

Date:

Paylaş:

Sərxan Həşimov İsveçrənin “Elcore AG” şirkətlər qrupunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş meneceri vəzifəsinə təyin edilib.

Yeni rəhbərin əsas vəzifələri sırasında informasiya texnologiyaları bazarının, tərəfdaş ekosistemin inkişafı, önəmli müştəri və tərəfdaşlarla güclü iş əlaqələrinin qurulması və regionda innovativ iqtisadiyyatın inkişafı üçün dövlətlərlə əməkdaşlıq daxil olacaq.

Sərxan Həşimov, daha öncə Microsoftun Azərbaycan nümayəndəliyinin baş direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi dövründə Microsoft bir sıra ölkə əhəmiyyətli nəticələr qazanıb. Azərbaycan hakimiyyəti ilə dövlət sektorunun kompüter və server parkının lisenziyalaşması üzrə müqavilə imzalayıb. Azərbaycan regionda Microsoft şirkəti ilə belə genişmiqyaslı müqavilə bağlayan yeganə ölkədir. Bu layihə başa çatdıqdan sonra Azərbaycan müəllif hüquqlarının qorunması və innovativ inkişaf sahəsində dünya reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Bölgədəki uğurlarına görə Sərxan Həşimov 2018-ci ildə Microsoft Qızıl Mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, bu, Sərxan Həşimovun əmək fəaliyyətinə görə təltif ediliyi ilk mükafat deyil. O, 2 il ərzində Oracle şirkətinin ən uğurlu işçiləri sırasında olub və SAP şirkətinin 2015-ci iş ilinin nəticələrinə əsasən ən yaxşı işçilər sırasında qeyd olunub.

Elcore Distribution 1996-cı ildən etibarən bazarda ən yaxşı İT istehsalçılarının İT avadanlıqları, proqram təminatı və xidmətlərinin distribyutorudur. Hazırda müştəri və tərəfdaşlar siyahısına sadədən (ev üçün kompyuter satışı) mürəkkəbə (telekom operatorlarının telekommunikasiya infrastrukturu) doğru uzanan, müxtəlif İT həlləri təqdim edən şirkətlər daxildir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...