Türkiyədə 467 milyon lirə dəyərində 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.
Türkiyə mətbuatı xəbər verir ki, adalardan 3-ü və yarımada Egey və Aralıq dənizlərində, 1 ada isə Bursa şəhərindəki Uluabat gölündə yerləşir.
Artıq həmin daşınmaz əmlakları almaq istəyənlər var. Təkliflərlə çıxış edənlər yerli səhmdarla yanaşı, Azərbaycan, İran, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan investorlardır.