Azərbaycanlı gəncin layihəsi 26 milyona satışa çıxarıldı

2
1463

Müdafiə sənayesi, sərnişindaşıma və ticari-karqo daşımacılaıq sahəsində yaradılan sualtıqayıq layihəsi beynəlxalq bazarda 26 milyon dollara satışa çıxarılır.

Xeberler.az bildirir ki, azərbaycanlı gənc ixtiraçı Tural İsmayılzadənin ərsəyə gətirdiyi 3 nüsxəli “Hyper Water Car” layihəsimay ayının 1-dən Türkiyədə, 15-dən ərəb dövlətlərində, iyun ayının 1-dən isə Rusiyada satışa çıxarılacaq.

“Hyper Water Car” adı verilən mini sualtıqayığın ümumi uzunluğu 9600 mm, hündürlüyü 1200 mm təşkil edir. Sualtıqayığın yüklənməmiş çəkisi 6 ton, sərnişin və yükdaşıma gücü 8 ton, texniki təhcizat tutumu 2 ton olmaqla ümümi çəkisi 16 ton hesablanır.

Konstruksiyasının hazırlanmasında kompozit və qrafindən geniş formada istifadə olunması planlaşdırılır. Daha yüngül, daha elastik və daha sərt material sualtıqayığın çəkisinin və sürtünmənin azalmasına, müqavimətin çoxalmasına və sürətin artmasına əsas verəcək. Sualtıqayığın səs sürətini bir neçə dəfə aşması planlaşdırılır.

Hərbi sahədə yaradılacaq ilk nüxsə sualtıqayıq ekipajsız olacaq və distansiyon idarəetmə ilə təhciz olunacaq. Daxilində 30 ədəd kiçik ölçülü raket daşına biləcək. 3 rejimli ateş mexanizminə sahib olacaq ki, bununla hava, su və quru obyektlərini vura biləcək. Bundan əlavə olaraq raketlər spiral dairə formalı minalanma pozisiyası ala biləcək və spirallara daxil olan böyük həcmili gəmiləri saniyələr içərisində suya qərq edə biləcək.

“Hyper Water Car” daxildən idarəetmə bazası, silah deposu və texniki-təhcizat deposu olmaqla 3 ədəd silindrik korpuslara bölünür. Sualtıqayığın əsas özəlliyi silahlanma deposunun digərlərinə nismətdə daha təkminləşdirilməsi və atəş mexanizminin 3 dəfə sürətləndirilməsidir.

Sərnişindaaşıma sahəsində yaradılacaq 2-ci nüsxə “Hyper Water Car” 7 nəfərlik sərnişin tutumuna sahib olaraq distansiyon və adi idarəetmə ilə təhciz olunan sualtıqayıq. Daxildən idarəetmə bazası, sərnişin salonu və texniki-təhcizat deposu olmaqla 3 ədəd silindrik korpuslara bölünəcək. Sualtıqayığın əsas özəlliyi turizm və sərnişin daşımacılıq sahəsində yeni bir səhifə açaraq kontinental sərnişin daşımacılığını önə çəkməsidir.

“Hyper Water Car”-ın 3-cü nüsxə sualtıqayıqları isə ticari-karqo daşımacılıq üçün yaradılacaq. ekipajsız olacaq və distansiyon idarəetmə ilə təhciz olunacaq sualtıqayıq daxildən idarəetmə bazası, yük deposu və texniki-təhcizat deposu olmaqla 3 ədəd silindrik korpuslara bölünəcək. Əsas özəlliyi ticar-karqo daşımacılıq sahəsində yeni bir səhifə açaraq sualtılarla kontinental daşımacılığın önəmini önə çəkməkdir.

“Hyper Water Car” Layihəsi bu il ölkəmizi bir çox beynəlxalq startap turnirlərdə də təmsil edəcək. Bunun üçün artıq rəsmi sorğular verilib, danışıqlar aparılır.

2 COMMENTS