Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Rusiyanın ən zəngin varisi” hesab olunur.
Bizplus.az xəbər verir ki, dünyanın aparıcı maliyyə dərgilərinin reytinqində 25,3 milyard dollar sərvətə sahib olduğu bildirilən Vahid Ələkbərovun bütün mirasını yeganə oğluna ötürəcəyi vurğulanır.
2020-ci ilin yanvar ayı üçün Rusiyanın ən zəngin 3-cü şəxsi olan Vahid Ələkbərov çoxsaylı müsahibələrində özündən sonra bütün səhmlərinin oğluna çatacağını bildirib. Amma “Lukoyl” şirkətinin idaeədilməsi funksiyalarını itirəcəyini əlavə edib.
2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir.
Qeyd edək ki, Yusif Ələkbərov 1990-cı il iyunun 20-də anadan olub. 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına Neft və Qaz Universitetini bitirib.