Moda dünyası daim öz rəngarəngliyi ilə müxtəlifliyi ilə seçilir. Dizaynerlər hər zaman yenilik axtarışındadır. Bu sahədə fərqlənmək elə də asan deyil. Ancaq cins geyimlər uzun illərdi dəbdə öz liderliyini qoruyur. Hər xanımın qarderobunda cins şalvar, ətək və ya gödəkçə var. Xüsusilə də bu mövsümdə. Müşahidələr göstərir ki, bu gün Bakı şəhərinin hər ikinci gənci cins gödəkçədə gəzir.
Son illər modelyerlər cins əşyalarının yeni versiyasını, bəzədilmiş və ya xüsusilə boyadılmış versiyalara üstünlük tutur.
Azərbaycanın gənc startapçısı Güllər Paşayeva “Guller Boutique” brendi altında məhz belə gödəkçələrin, şalvarların və s. cinslərin bəzədilməsi ilə məşquldur.
Dizaynerin dediyinə görə, əl işlərinə maraq çox böyükdür:
“Məhz sizin üçün boyadılmış bir geyimdə siz həmişə özünüzü eksklüziv, orijinal və təkrarolunmaz hiss edəcəksiniz”.
Qeyd edək ki, Guller-dən olan boyadılmış gödəkçələr xaricdədə böyük rəğbət qazanıb. Rusiya, Türkiyə, Qazaxıstan, hətta Fransadan belə müştərilərin sayı artır.
Qiymətlərə gəldikdə, dizayndan asılı olaraq boyadılmış və bəzədilmiş gödəkçələrin qiyməti 250 manatdan 350 manatadək dəyişir. Lakin burada da bonus və endirimlər olur. Bonuslardan biri odur ki, gödəkçəni özünüzlə gətirsəniz, yalnız boyamanın xərcini ödəyəcəksiniz.
Daha ətraflı məlumatı videodan əldə edə bilərsiz.
©Azertag