Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov saxlanılıb.
Bu barədə məlumatı Türkiyənin “Sabah” KİV-i yayıb.
Mətbuatda yayımlanan xəbərə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan “Palmali” Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsinov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur.
Onun yaşadığı ünvanlarda axtarışlar aparılır.