Azərbaycanlı biznesmen “Çerkizovo”nu 2 milyard dollara satır

0
897

Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi “Cerkizovo” şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər.

Bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, biznesmen Taylandın “CP Foods” şirkəti və Vadim Moşkoviçə məxsus “Rusaqro” ilə danışıqlar aparır.

“Çerkizovo”nun rəsmisi məlumat təkzib edib. “CP Foods” isə “Çerkizovo” ilə danışıqların aparılmasına dair şərh vermək istəməsə də, şirkət rəsmisi qeyd edib ki, şaquli inteqrasiyanın qurulmasında maraqlıdır.

“Rusaqro” şirkəti də şərh verməkdən imtina edib.

“Kommersant”ın mənbələri isə iddia edir ki, “Çerkizovo”nun sahibləri şirkətlər qrupunu 2 mlrd. dollar civarında qiymətləndirir.

Qeyd edək ki, “Çerkizovo” şirkətlər qrupuna quşçuluq istehsalı üzrə ixtisaslaşmış 8 klaster, 15 donuz ferması, 4 ət emalı müəssisəsi və s. daxildir. 2016-cı ilin sonuna şirkət bazarın 10%-nə nəzarət edib.

2017-ci ilin yanvar-iyun ayları ərzində “Çerkizovo”nun xalis mənfəəti 5,4 dəfə artaraq 5,1 mlrd. rubla çatıb.

* 1 rubl = 0.0287 manat


© APA