Azərbaycanlı iş adamı Vaqif Əliyev Ukraynanın ən varlı biznesmenləri siyahısında 18-ci yeri tutub

Date:

Paylaş:

Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyev bu ölkənin ən varlı biznesmenləri siyahısına düşüb.

385 milyon dollar var-dövlətə malik olan V.Əliyev Ukraynanın ən zəngin iş adamları siyahısında 18-ci yeri tutub.

50 nəfərin daxil olduğu siyahıya biznesmen Renat Axmedov başçılıq edir. Onun var-dövləti 9 milyard 629 milyon dollar səviyyəsində qiymətləndirilib.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan Əliyev Vaqif Əhməd oğlu 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olub. 1982-ci ildə valideynləri ilə birlikdə Rusiyanın Kislovodsk şəhrinə köçüb. Onun yeniyetmıə yaşlarından ticarətlə məşğul olduğu, 18 yaşında özünə mənzil və avtomobil aldığı da bildirilir.

V.Əliyev “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir. Evli olan iş adamının Natella Krapivina və Alina Əliyeva adlı iki qızı var.

O, 2020-ci ilin sonunadək Ukraynada 9 iri ticarət mərkəzi açmaq istədyini bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...