Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstandan 194 mln. 726,2 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 455 mln. 674,4 min dollar dəyərində olub. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7,6% təşkil edib.
10 ay ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 8 mlrd. 566,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,7% çoxdur.
Qonşu ölkənin ixracı 29,4% artaraq 2 mlrd. 203,1 mln. dollar, idxal isə 7,8% artaraq 6 mlrd. 363 mln. dollar təşkil edib.
Cari ilin 10 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq ferroərintilər (11,6%) və minik avtomobilləridir (7,9%).
Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,9%) və əczaçılıq məhsulları (4,4%) yer alıb.
© APA