Azərbaycanın xaricə pomidor satışından gəliri – AÇIQLANIB

Date:

Paylaş:

2018-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (114,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

“Bizplus.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayında bildirilir.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində meyvə-tərəvəz ixracı 560 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon, pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon ABŞ dolları təşkil edib. 2017-ci illə müqayisədə 2018-ci ildə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

2018-ci ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon ABŞ dolları təşkil edib. Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (63,8 milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (23,6 milyon ABŞ dolları), İsveçrənin (12,2 milyon ABŞ dolları), Gürcüstanın (7,4 milyon ABŞ dolları), İranın (5,4 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon ABŞ dolları) ilə fındıq ləpəsi (13,4 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...