Azərbaycanın süd və süd məhsulları istehsal edən firması Türkiyənin yarım əsrlik “Yörsan” firmasını satıq almaq üçün danışıqlar aparır.
“Hürriyet” xəbər verir ki, 4 il əvvəl satılan süd və süd məhsulları istehsalçısı “Yörsan” ciddi maliyyə problemləri ilə üz-üzədir. Böyük miqdarda borcu olan şirkətin adı açıqlanmayan Azərbaycan firmasına satışı gündəmdədir.
Azərbaycanın ən böyük süd və süd məhsulları istehsalçısı kimi təqdim edilən firma satış prosesində əvvəlcə borcların 65%-ni ödəməyi təklif edib. Faiz qəbul edilməyəndən sonra miqdar 85%-ə yüksəldilib.
“Yörsan” rəsmisinin sözlərinə görə, satış danışıqlarına əhəmiyyət verirlər. Haqqında söhbət gedən Azərbaycan firmasının Türkiyədə digər ortaqları da var.