Azərbaycanın İT şirkəti ABŞ-da filialını açacaq

Date:

Paylaş:

Azərbaycanın infromasiya texnologiyaları şirkəti “ATL-Tech” ABŞ-da şirkət açacaq.

Bunu “ATL-Tech” şirkəti  Baş direktoru (CEO) Anar Əliyev bildirib.

Filialın 2020-ci ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulub:

“Əsas fəaliyyət istiqamətimiz birmənalı şəkildə daxili tələbat üzərində qurulub. Lakin daha əvvəl də qeyd etdiyim kimi, coğrafi diversifikasiya hədəflərimizdən biridir. Bu hədəfdən yola çıxaraq 2018-2019-cu illərdə ABŞ bazarında müəyyən xidmətlər göstərdik. Buna kimi xarici bazarlara çıxışımız yox idi. Bu ilin sonuna kimi ilk xarici filialımızı da elə ABŞ-da açacayıq. Bu bazar fərqli və spesifikdir. Burada millət və irq kimi steriotiplərə yer yoxdur. Eyni zamanda İT sahəsində çox qabaqcıl ölkədir. Dünyanın hər hansı bir yerindəki texnoloji həllərin böyük əksəriyyəti bu bazarda öz tətbiqini tapır. ABŞ-da olmaq tətbiq olunan texnologiyalar, ən son yeniliklər haqqında xəbərdar olmaqdır. Eyni zamanda bazar həddindən artıq böyük olduğundan orada müəyyən bir pay sahibi olmaq rahatdır. Əslində Rusiya və Ərəb dünyası kimi alternativlər olsa da, bu faktorlardan dolayı seçimimizi ABŞ-ın xeyrinə etdik”, -Anar Əliyev söyləyib.

Qeyd edək ki, “ATL-Tech”  İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...