Azərbaycanın onlayn tibb portalı Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırır

Date:

Paylaş:

“Həkim Tap” tibb sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət artıq Azərbaycan, Gürcüstan, Pakistan, Qazaxıstan və Ukraynada fəaliyyət göstərir, ilin sonuna kimi isə daha on ölkədə fəaliyyətə başlamağı nəzərdə tutur. Gələcəkdə Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırırıq. “Həkim Tap” həm də artıq Azərbaycanın ən geniş onlayn tibb portalıdır və bizim xidmətlərimizdən hər gün on minlərlə insan faydalanır. İstər peşəkar tibb işçiləri, istərsə də adi istifadəçilər www.hekimtap.az linkinə daxil olaraq axtardıqları məlumatları rahatlıqla əldə edə bilərlər.

Bu sözləri şirkətin Azərbaycandakı rəhbəri Rüfət Həsənzadə bildirib.

Onun sözlərinə görə istifadəçilər burada müxtəlif kriteriyalara görə həkim seçimi edə bilərlər. Həkim axtarışı məkana, təcrübəyə, elmi məqalə və ya təklif edilən aksiyalara görə həyata keçirilir.

“Bu beynəlxalq layihə olduğu üçün gələcəkdə bir sıra beynəlxalq konqreslər və təhsillə bağlı böyük tədbirlərin də keçirilməsini nəzərdə tuturuq” – deyə R.Həsənzadə əlavə edib.

© Azərtac

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...