Azərbaycanın tanınmış ödəniş sistemlərindən olan “Easypay” MMC müflis olduğunu elan edib.
Bu barədə şirkət 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edib.
“Easypay” MMC-nin Bakıda 100-ə yaxın ödəniş terminalı var. Burada mobil və stasionar telefon, sığorta, kommunal xidmətlərin haqları, kabel TV və internet, Dövlət İmtahan Mərkəzi və sair ödənişləri etmək mümkün idi.