Azərbaycanın nəhəng müqaviləsi ləğv edilə bilər

Date:

Paylaş:

Dağıstanda “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyətinin baş direktou İqor Kremer və onun müavini Anvar Faxrutdinov saxlanılıb.

Bizplus.az yerli xəbər portalına* istinadla xəbər verir ki, İqor Kremer sentyabrın 27-də Bakıda keçirilən Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Rusiya nümayəndə heyətinin tərkibində yer alıb.

Forum çərçivəsində İqor Kremer Azərbaycanın “Glass House” MMC şirkəti ilə 2019-cu ildə “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyəti arasında beş milyon dollarlıq şüşə təchizatına dair müqaviləyə imza atıb.

Müqaviləni Azərbaycan tərəfdən “Glass House” şirkətinin rəhbəri Bəxtiyar Bəşirov imzalayıb. Bu, Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində əldə olunan ən iri sövdələşmələrdən biri olub. Razılaşma bir neçə gün əvvəl Bakıda baş tutub və şüşə təchizatına dair 5 milyon dollarlıq müqavilə imzalamışdı.

Saxlanılan şəxslər külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinirlər.

“Xəzər şüşə zavodu” Rusiyanın cənubunda şüşə istehsalı ilə məşğul olan nəhəng müəssisə hesab olunur.


©Oxu.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...