“Azərbaycanın ilk qanadlı qızı Züleyxa Seyidməmmədovanın hekayəsi”

0
1383
züleyxa seyidməmmədova

“Səmalarda uçmaq – məgər qadın işidir?” – qəhrəmanımızın anası hövsələsiz qızından hər şey gözləyərək ürəyində qorxu ilə ondan soruşur. Lakin bunu heç gözləmirdi. Azərbaycanda qadınlar uçmurdu, o ki qaldı….  bütün Sovet İttifaqında qadın siması ilə aviasiya hələ yeni yaranırdı.

Həssas bir qızın başı üzərindən ilk dəfə təyyarə uçduqda o, ilk təəssüratlarını xatırlayaraq xəyallarında bir “cəsur” təsvir edəcək. Bir qızcığazın dəmir qanadlar haqqında düşünməsi mümkün deyildi, lakin dostlarının və həmkarlarının çağırdığı kimi bizim Zulya heç vaxt adi həyat arzulamayıb. Ev, ailə və mətbəx təsəvvür edə biləcəyi ən pis ssenari idi. “Gələcəyimi mən özüm qurmaq istəyirəm və quracam” – onun fikrindən belə keçirdi, fikir isə çox təhlükəli bir şeydir.

Moskva birdən qurulmayıb. Züleyxa mühəndislik tələbəsi olur. Yüksək riyaziyyat, həndəsi misallar və digər cansıxıcı şeylər… Bircə yüksəkliyə və sürətə olan sevgisi onu rahat buraxmır, “möcüzə” adlandıracağı ilk uçuşunu isə tez-tez xəyalında canlandırır. Bir dəfə məktəbdən onu aerodroma ekskursiyaya aparırlar. Ax bu mühərriklərin səsi və səmalarda uçuşlar. Heç kim təəssüratsız ayrılmır. Qərar verildi: özümüzün tələbə “hava donanması”nı yaradacayıq. Entuziastlar yığılır, rəhbərlik işə əl atır, və budur 6 yanvar 1934-cü ildə satın alınmış “U-2” təyyarəsi, üç planer və iki paraşüt ilə klub açılışı baş tutur. Əvvəlcə çox yaxşı alınmır, dərslər yalnız kitablarla keçir, heç bir təcrübə olmadan, universitetdəki dərsləri də heç kim ləğv etmirdi.

İyul ayında o, ilk dəfə qrupun ən kiçiyi və ən balacası olaraq təyyarənin şturvalını əlinə aldığı düşərgəyə gedəcək. Oktyabr ayında artıq müstəqil olaraq uçacaq.

Heç paraşütsüz pilot olar? Qızının təyyarələrdə uçduğunu yeni qəbul edən ananı təsəvvür edin, bu azmış kimi o, həm də  “onlardan atlamaq” istəyir. Amma Züleyxanı heç bir şey dayandıra bilməz. O, uçur, paraşütdən atlayır, Azərbaycanı və Zaqafqaziyanı Ümumittifaq yarışlarında təmsil edir, medalları və mükafatları toplayır. Budur, artıq o, təlimatçıdır və hətta onun fizika müəllimi də onun dərslərinə şagird olaraq qeydiyyatdan keçir. Tale rolları dəyişir.

1936-cı ildən Zulya təhsil məqsədləri olmayan uçuşlar etməyə başlayır. İrandan çəyirtkələr hücum edir və o da, digərləri ilə birlikdə kənd təsərrüfatı aviasiyasına yardım edir. Bir müddət sonra o, Bakı gecəsinin alovları üzərindən uçacaq. Gələcəkdə qaranlıq şəhərlər üzərindən uçub, onları nasist bombardmanlarından qoruyaraq qəlbi doğma şəhəri üçün daha da çox sızıldayacaq.

Lakin o vaxta qədər peşəkar pilot olmaq lazımdır. Onu istisna olaraq N.E. Jukovski adına Hərbi-Hava Akademiyasına qəbul edəcəklər, Moskva Sovetinin deputat mandatına layiq görüləcək, kiçik leytenant rütbəsi veriləcək, sonra isə İttifaqın bütün radio stansiyaları təcili olaraq bildirəcək: “Alman faşistlərinin xain hücumu …”

O, Bakı aeroklub təyyarəçisindən elə özünün yaratdığı qadın qırıcı aviapolk şturmanınadək yol qət edib; o, Moskva, Saratov, Voronej və hüdudsuz İttifaqın digər şəhərləri üzərində uçurdu; o, Kursk Müharibəsində iştirak edib və Korsun-Şevçenko altında savaşıb; onun 500-dən çox hərbi uçuşları baş tutub, döyüş sahəsinə onlarla tələbəsini və bir o qədər də dostunu itirib…

Müharibədən sonra o, AzSSR Sosial Müdafiə Naziri təyin olunacaq və bu vəzifədə 25 il işləyəcək. O, Azərbaycanı təkcə beynəlxalq arenada təmsil etməyib, həm də Respublikamızda fəxri xarici nümayəndə heyətlərini qəbul edib. Züleyxa xanım yalnız səhhəti onu narahat etdiyində işdən ayrıldı. Bütün bu vaxtı o, fədakarcasına və təvazökarlıqla bu ölkəyə və millətə xidmət etmişdir. “Ölkənin hərbi tarixini yaradanlardan biridir” – bu sözləri Heydər Əliyev vida nekroloqunda ona həsr edəcəkdir.

Mənbə Nargis magazine