Türkiyəyə təşkil olunmuş ixrac missiyası çərçivəsində Azərbaycanın bir sıra şirkətləri tərəfindən türk şirkətləriarasında ixraca dair ilkin razılıqlar əldə olunub.
“İxrac missiyası çərçivəsində “Farma-Şah” MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib”, – Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat verir.
O cümlədən, Türkiyənin “Koç Mermer Granit” şirkətinin tikinti layihələri üçün Azərbaycanın “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub.
Həmçinin, Azərbaycan və Türkiyə şirkətləri arasında danışıqlar baş tutub, əməkdaşlığa dair ilkin razılıq əldə olunub.
Xəbər verildiyi ki, İstanbul şəhərinə təşkil olunmuş ixrac missiyasına qida məhsulları, tikinti materialları, mebel istehsalı ilə məşğul olan Azərbaycanın 19 şirkəti daxildir. Bundan əlavə, ixrac missiyasında yüngül və kimya sənayesi,turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.