Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

Date:

Paylaş:

MENA (Orta Şərq və Şimali Afrika) bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan FinTech Abu Dhabi bu ilin 21-23 Oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində növbəti dəfə baş tutacaq. 5000-dən çox iştirakçının, 2000-dən çox startapın qoşulduğu bu tədbirdə 50-dən çox ölkə təmsil olunur.

Bu il Azərbaycanın da qatılacağı bu tədbirə ölkəmizi təmsil edəcək startapın seçilməsi üçün lokal seçim mərhələsi artıq başlayıb. Start Coworking CenterFerrum Capital, Apollo Project və Innoland-ın dəstəyi əsasında təşkil olunacaq seçim tədbiri 5 Avqust tarixində baş tutacaq. Tədbirə qoşulub, öz maliyyə texnologiyalarına sahib startapını təqdim etmək istəyən şəxslər üçün isə qeydiyyat başlayıb.

 Qeydiyyat linki vasitəsilə müraciətçilər startapları barəsində ilkin məlumatları göndərə bilərlər.

5 Avqust tarixində seçiləcək qaliblər, aşağıdakı imkanlar ilə təmin olunacaqlar:

– Abu Dhabi Fintech tədbirində iştirak üçün səfər və iştirak xərclərinin qarşılanması

– Bütün dünyadan 150.000 nəfərlik əhatəyə sahib Unbound şəbəkəsinə giriş

– Birəbir investorlarla Abu Dhabidə görüş və investisiya imkanları

– Genişlənmə imkanları

Əlavə olaraq sağlamlıq texnologiyaları, enerji və təbiət texnologiyaları mövzulu startaplar isə TIP Summit yarışında iştirak etmək üçün yerləşdirilmiş link vasitəsilə ilkin qedyiyyatlarını tamamlaya bilərlər. Məlumat üçün qeyd edək ki, TIP Summit MENA bölgəsinin ən aktiv Texnologiya və İnnovasiya tədbirlərindən biri hesab olunur.

Hər iki kateqoriya üzrə qalib startapların təqdimatları və qaliblərin elanı 5 Avqust tarixində Caspian Plazada yerləşən Start Coworking mərkəzində baş tutacaq tədbirdə olacaq.

Tədbirin proqramı və haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...