Azərbaycan 2019-cu ilin 1-ci yarısında 138 mln. 56 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
“I yarımillikdə Azərbaycan 138 mln. 56 min dollar dəyərində 129,293 min ton pomidor ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 5%, dəyər ifadəsində 1,4% azalıb”, – deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Belə ki, cari ilin yanvar-iyun aylarında Rusiyaya 137 mln. 53 min dollar dəyərində 120,070 min ton pomidor (bütün ixracın 93%-i) ixrac olunub. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 11,5%, dəyər ifadəsində 1,5% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə 177 mln. 381 min dollar dəyərində 171,921 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə 176 mln. 263 min dollar dəyərində 170,315 min ton pomidor ixrac olunub.