Dövlət Gömrük Komitəsinin məlumatına görə, yerli və xarici vətəndaşlar və şirkətlər ölkəyə istənilən qədər xarici valyuta gətirə bilərlər.
Eyni zamanda gömrük məntəqəsində şifahi bəyan etməklə Azərbaycandan 10 min ABŞ dolları ekvivalentinədək olan valyutanı nağd şəkildə çıxara bilərlər.
Əgər şəxs ölkədən 10-50 min dollar arasında valyuta çıxarırsa, onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməlidir. Bundan sonra pulu ölkədən çıxarmaq olar.
Bütün digər hallarda, yəni 50 min dollardan artıq məbləğ də daxil olmaqla – xarici valyutanın ölkədən çıxarılması yalnız müvəkkil banklar və Azərpoçt vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.