Azərbaycandan İsrailə biyan kökü ixrac edəcək

Date:

Paylaş:

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracı istiqamətində uğura imza atıb.

Azexport portalının dəvəti ilə İsrailin ən böyük biyan kökü və ekstraktı idxalçısı  həmçinin, bu sahədə dünya üzrə ilk onluqda yerləşən “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqların İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub.

Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan kökü məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin, İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan kökü qəbulu  və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan kökü məhsulu əldə olunur. Əldə olunan məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

Azexport portalı sadalanan  texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan kökü məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, Azexport portalı vasitəsi ilə “F&C Licorice Group”  və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.

Azexport
Azexport
Azexport
Azexport
Azexport
Azexport

Azexport
Azexport

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...