“Bakı Fond Birjası” QSC (BFB) bu ilin yanvar-iyun ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Renkinqə 4 548 812 213 manatlıq göstərici ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 1 671 137 065 manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, 1 410 818 687 manatla “İnvest-AZ İnvestisiya Şirkəti”, 1 079 455 204 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 1 070 031 970 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 204 437 293 manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC və 80 397 828 manatla “BTB Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 4 548 812 213 |
2 | AzFinance | 1 671 137 065 |
3 | İnvest-Az | 1 410 818 687 |
4 | Unicapital | 1 079 455 204 |
5 | Xalq Kapital | 1 070 031 970 |
6 | PSG Kapital | 204 437 293 |
7 | BTB Kapital | 80 397 828 |
8 | Kapital Menecment | – |
Qeyd edək ki, “İnvest-Az İnvestisiya Şirkəti” törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.