Dövlət Statistika Komitəsi (DSK) 2018-ci il üçün yeni yaradılmış və ləğv edilmiş müəssələrin və təşkilatların sayını açıqlayıb.
“Bizplus.az” DSK-a istinadən xəbər verir ki, ölkədə hal-hazırda 130 min 323 ədəd müəssisə və təşkilat fəaliyyət göstərir.
2018-ci ildə yeni yaradılmış müəssisə və təşkilatların sayı 12 min 504 ədəd və ya 9,6% olub, ləğv edilmiş müəssisə və təşkilatların sayı isə 627 ədəd və ya 0,5% təşkil edib.
Ən çox yeni müəssisə və təşkilat yaradılan sahə ticarət və nəqliyyat vastələrinin təmiri sahəsi olub. Bu sahə üzrə 3 min 360 yeni müəssisə və təşkilat yaradılıb. Bu günə isə bu sahədə 34 min 421 müəssisə və təşkilat fəaliyyət göstərir.
Ən çox ləğv edilən müəssiə və təşkilat da ticarət və nəqliyyat vastələrinin təmiri sahəsində olub. Ötən il 155 belə şirkət ləğv edilib.
Ləğv edilməsinə görə 2-ci yerdə tikinti sahəsi gəlir – ötən il bu sahədə çalışan 40 şirkət ləğv edilib. Bu sahə üzrə ölkədə 12 min 697 müəssisə və təşkilat fəaliyyət göstərir.
Xatırladaq ki, bu günə kimi yaradılan 130 min 323 müəssisə və təşkilatların 118 min 119-u özəl, 10 min 498-i dövlət mülkiyyətində və 1 min 706 isə bələdiyyə mülkiyyətinə məxsusudur.
2018-ci ildə yeni yaradılan 12 min 504 müəssisə və təşkilatın 12 min 369-u və ya 98,92%-i özəl mülkiyyət, 133 –ü dövlətin və 2 də bələdiyyə mülkiyyətinin payına düşür.