Azərbaycanda yeni startup – şəkillərinizi evinizə sifariş edin

Date:

Paylaş:

Hər kəsin telefonu şəkillərlə doludur. Bəzilərimiz onları kompüterə atırıq və zamanla onları unuduruq, digərlərimiz isə telefonumuzun dolmuş yaddaşını boşaltmaq üçün onları pozuruq. Onları çap etdirmək istəsək də, buna vaxt olmur, çünki fotostudioya getmək, orada gözləmək heç kim istəmir. Lakin, çoxları şəkillərdən düzəldilmiş albom, çap olunmuş şəkillərin evində, iş yerində olmasını istəyir.

PrintMomentsin köməyi ilə artıq heç yerə getməyə, vaxt itirməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə www.printmoments.az saytına daxil olursunuz, sifariş etmək istədiyiniz məhsulu seçirsiniz, şəkillərinizi yükləyirsiz, ünvanı qeyd edib sifariş edirsiniz, ünvanınıza çatdırılır.

Səhifəyə həm telefon həm də kompüterdən daxil olub sifariş etmək olur.

Səhifədə hansı məhsulları sifariş etmək olar?

Hazırda hələ ki adi şəkillər və fotokitablar, yəni albomları sifariş etmək olur. Şəkillər 5 ölçüdədir, standart 10x15sm ölçüsündən, 20x30sm ölçüsünə qədər dəyişir. Fotokitablar isə iki ölçüdədir: 15x15sm və 20x20sm.

Prosesi izah edə bilərsinizmi, sifariş necə həyata keçirilir?

Deməli proses olduqca sadədir. Telefonunuzdan və ya kompüterinizdən www.printmoments.az səhifəsinə daxil olursunuz, məhsulu seçib ətraflı məlumatla tanış olursunuz, ölçünü seçirsiz və şəkillərinizi yükləyirsiniz. Yüklənmiş şəkillər əgər adi şəkildirsə say və ölçüləri hər bir şəkil üzrə dəyişə bilirsiz. Davam düyməsinə basdıqda məhsul səbətə atılır. Burada məhsul sayını, qiyməti, ümumi qiyməti, çtdırılma xərcini görürsüz. Davam düyməsinə basdıqda, ünvan və ödəniş haqda məlumatları daxil edib sifarişi tamamlayırsız. Sifarişi tamamlamaq üçün saytda qeydiyyatdan keçmək lazımdır. Bunu facebook, gmail vasitəsi ilə də həyata keçirə bilərsiz.

Sifarişiniz fotokitab olarsa, eyni qaydada şəkilləri yükləyirsiz, yüklənmiş şəkillərdən avtomatik fotokitab düzəldilir. Hər bir şəkilin üzərinə basıb, şəkillərin vərəqdə görünüşünü dəyişə bilərsiz. Yekunda fotokitabınızın son görünüşünü görmək istəyirsinizdə “Fotokitabınızın sifarişdən öncəki görünüşü” düyməsinə basıb, fotokitabınızı virtual olaraq vərəqləyib baxa bilirsiniz.

Bəs qiymətlər neçədir?

Qiymətlərimiz bazar qiymətlərindən aşağıdır. Adi şəkillərin qiyməti 0.29 AZN-dən, 60 şəkilli fotokitabın qiyməti isə 32 AZN-dən başlayır. Əgər fotokitablarda şəkil sayı 60-dan çox olarsa o zaman ölçüsünə uyğun olaraq hər əlavə şəkilə 15x15smlik fotokitablarda 0.30 AZN və 20x20smlik kitablarda 0.50 AZN qiymətin üzərinə gəlir.

Çatdırılma necə həyata keçirilir?

Çatdırılma hələ ki, Bakı şəhərinin istənilən yerinə 3 AZN-dir. Digər yerlərə artıq individual əsasda hesablanır. Hətta rayonlara da poçt xidməti vasitəsi ilə göndərilə bilər.

PrintMomentslə bağlı əsas nə problemlərlə rastlaşırsınız?

Problem deməzdim, amma çətinlik odur ki, müştərilər öyrəşməyib belə bir məhsula. Hər kəs şəkillərini çap etdirmək istəyir amma internet üzərindən etməkdən sanki çəkinirlər. Bəziləri şəkilləri USB-də bizə verməyi təklif edir, bəziləri whatsapp-la göndərməyi. Lakin, biz də maksimum insanları məlumatlandırmağa çalışırıq. Bir həftədir fəaliyyətə başlamışıq, o qədər pozitiv rəylər almışıq.

PrintMomentsin əsas istifadəçiləri əsasən kimlər olacaq?

Düşünürəm ki, şəkil çəkməyi sevən hər kəs PrintMomentsdən bəhrələnə bilər. Təsəvvür edin, hansısa ölkəyə səyahətə gedirsiniz, və qayıdandan sonra telefonunuzda o səyahətlə bağlı 100-lərlə şəkil olur. Məncə bu şəkillərdən fotokitab sifariş etdirib, o şəkilləri əbədiləşdirməyi hər kəs istəyər. Və yaxud, analar hər gün böyüyən övladlarının şəkillərindən ibarət fotokitabları niyə yaratmasın ki?!

Bu baxımdan düşünürəm ki, səyahəti sevənlər, valideynlər, sevgililər, iş yerləri, müxtəlif tədbir təşkilatçıları və s. PrintMomentsin xidmətlərindən bəhrələnə bilərlər.

PrintMomentsin gələcəyini necə görürsüz?

Bir çoxları çap edilmiş şəkillərin köhnəlmiş məhsul olduğunu düşünsə də, düşünürəm ki, digitallaşan dövrdə çəkilmiş şəkillərin sayının gündən günə artdığını nəzərə alaraq, şəkil çapına təlabat artır. Əsas səbəb, əvvəl qeyd etdiyimiz kimi, sayı artan şəkillərin digital olaraq itməsi, pozulması və ya unudulması riskidir. Bu baxımdan düşünürəm və bunu artıq müşahidə də edirik ki, PrintMomentsin xidmətinə Azərbaycanda ehtiyac vardır.

İlkin məhsullarımızın şəkil çapı və fotoalbomlar olmasına baxmayaraq, gələcəkdə müştərilərimizin maraqlarını və tövsiyyələrini nəzərə alıb digər foto məhsulların da təqdimatını nəzərdə tuturuq.

PrintMoments komandası

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...