Yanvar-sentyabr aylarında Vergilər Nazirliyi 8 min 352 kommersiya hüquqi şəxs və 117 min 717 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsi qeydiyyata alıb. Bu barədə nazirlikdən məlumat verilib.
“Ötən ilin analoji dövrü ilə müqayisədə qeydiyyata alınan hüquqi şəxslərin sayı 47,4%, fiziki şəxslərin sayı 41,7% artıb”, – nazirlikdən bildiriblər.
Cari ilin 9 ayı ərzində 5 min 785 hüquqi şəxs elektron qeydiyyatdan keçib, bu da qeydiyyata düşən hüquqi şəxslərin ümumi sayının 69,3%-ni təşkil edir