Azərbaycanda yeni Qış- Xizək Mərkəzi xidmət göstərəcək

Date:

Paylaş:

Yaxın vaxtlarda Azərbaycanda yeni qış xizək turizm mərkəzi istifadəyə veriləcək.

Bizplus.az xəbər verir ki, «Şahdağ» və «Tufandağ»dan sonra 3-cü qış xizək mərkəzi Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun Ağbulaq kəndində yaradılır. Təbii qarla örtülü kompleks hələ tam işə düşməsə də, artıq indidən burada xizək sürməyi öyrənmək və qısa zolaqlarda vaxt keçirmək olar.

Ağbulaq kəndi 2018-ci ildən turizm məqsədilə istifadə olunur, yollar tam təmir edilib və kənd abadlaşdırılıb. Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilib. 2 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarət olan mərkəzdə ikimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq var. Ərazidə hər biri iki nəfərlik olmaqla 3 kottec də  tikilib.

Uzunluğu 1590 metr olan dağ-xizək enişi, kanat yolu

Mərkəzdə ziqzaq şəklində ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları turistlərin xidmətində olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000 nəfərə xidmət etməyə imkan verəcək.

İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da fəaliyyət göstərir. Mərkəzdə turistlərə ayaqüstü (fastfood) və təndir yeməkləri təklif olunacaqdır.

Hazırda Xizək mərkəzinin yalnız kanatı qalıb. O da işə düşdükdən sonra mərkəz fəaliyyətə başlayacaq. Kanatın montaj işləri aparılır və hava şəraitindən asılı olaraq bu ayın sonunadək işlər bitə bilər.

Hələlik isə kompleksə gələn turistlər buradakı təlim mərkəzində, öyrənənlər üçün ərazidə xizək sürə bilərlər. Burada zolaqlardan biri 80, digəri 150 metrdir. Bu hissədə geri qaytmaq üçün hərəkətli zolaq var.

Otel xərcləri

Otelin meneceri Xalid Kazımov bildirib ki, Ağbulaqda oteldə 38 otaq var. Otaqların qiyməti gündə 3 dəfə yeməklə 1 nəfər üçün gündə 70 manat, iki nəfər üçün 140 manatdır. 6 yaşınadək uşaqlara görə ödəniş edilmir, 12- yaşadək isə əlavə çarpayı gündə 20 manatdır. Başqa sözlə uşaqların biri 6 yaşadək, digəri 12 yaşadək olan 4 nəfərlik ailənin oteldə qalma və gündə 3 dəfə qidalanma xərci 160 manatdır.

Kotec isə 2 nəfərlikdir və xərci səhər yeməyi ilə birlikdə 100 manatdır.

Təbii qar var

Kompleksdə qarla bağlı poblem yoxdur, elə indi də burada qar var, həm də süni qar aparatları var.

Havanın temperaturu isə gündüzlər 4-6 dərəcə, axşamlar mənfi 3-4 dərəcə olur. Elə indi də burada qar var.

Xizək xərcləri

Kompleksdə xizək üzrə menecer Elşən Ağayev bildirib ki, xizəkdən istifadə qiymətləri xizək, xizək çubuğu və kaska – 15 manatdır. Şalvar, kurtka və eynək isə hərəsi 5 manat olmaqla 15 manat edir. Giriş haqqı da 5 manatdır.

Yəni tam komplekt və 5 manat giriş haqqı 35 manat edir. Təkcə xizək və kaska, eləcə də giriş haqqı 20 manatdır.

Təzə öyrənənlər üçün müəllimlərin haqqı bir saat 7 manat, iki saata 12 manat, 3 saat üçün 15 manatdır.

Ağbulağa necə getmək olar?

Bakıdan Naxçıvana təyyarə ilə getmək olar. Adambaşına bir tərəfə uçuş 50 manatdır. Ya da İran ərazisindən keçməklə avtobusla getmək olar, adambaşına bir tərəfə 25 manat. Avtobus Biləsuvarda İran ərazisinə daxil olub Culfadan Naxçıvan ərazisinə qayıdır, bir gecəyə çatmaq olur.

Naxçıvandan isə Ağbulağa ən rahatı taksi ilə gəlməkdir, məsafə 55 kilometr, taksi ilə 20-25 manatdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...