Azərbaycanda yeni İnkubasiya Mərkəzi yaradılıb

Date:

Paylaş:

Azərbaycanda startaplara dəstək məqsədi ilə daha bir İnkubasiya Mərkəzi fəaliyyətə başladı.

Xeberler.az bildirir ki, Technovate adlı inkubasiya mərkəzi sektordan yaxından tanıdığımız Golden Pay şirkətinin yaradıcısı Fərid İsmayılzadə tərəfindən yaradılıb.

Aprelin 13-dən Fərid İsmayılzadə GoldenPay şirkətinin İdarə Heyətini tərk edib Müşahidə şurasına keçib.

Yeni Mərkəz haqda danışan F. İsmayılzadə deyib ki, startaplara yalnız maddi yox, coaching və mentorship kimi xidmətlər də təqdim edəcək:

“Son bir ildir startaplara işlədim və belə qənatə gəldim ki, ölkəmizdə startaplara dəstək deyəndə onlara təkcə pul para, ofis vermək yox, məhz coaching, mentorship kimi xidmətlər də lazımdır. Beləcə qərar verdim ki, Tecnovate adlı bir inkubasiya mərkəzi yaradım”.

Fərid İsmayılzadə bildirirb ki, o, öz biliyini, təcrübəsini, yerli, qlobal əlaqələrini, pulunu qlobal potensiallı layihələr üçün açıq elan edir:

“Çalışacam ki, startaplarla birgə işləyib və 1-3 ilə ortalığa nəşə çıxardım. Təvəzökar səslənməyə bilər, amma bu aləmdə yaxşı təcrübəyə sahibəm və indi qlobal səviyyədə özümü sınamaq istəyirəm. Alınmaya bilər, amma ən azından çalışacam. Praktik olacağıq, təsisçilərlə az danışıb, çox iş görəcəyik”.

Qeyd edək ki, İnkubasiya Mərkəzi Globus Center-in 12-ci mərtəbəsində yerləşir. Mərkəzin ilk rezidentləri isə Frogo və Spinal layihəsidir.

Belə desək, yeni Mərkəzi Fərid İsmayılzadənin özü idarə edəcək. O, Golden Pay şirkətindən CEO olaraq ayrıldıqdan sonra Technovate-da startaplarla tək-tək işləyəcək, onlara istiqamət verəcək. Ona görə də Mərkəz həm də butik kimi təqdim edilib. Onu da bildirək ki, bu təcrübə ölkəmizdə ilkdir. 

Fərid İsmayılzadənin məlumatına görə, Mərkəzə qlobal potensialı olan istənilən layihə rəhbəri müraciət edə bilər:

“Özüm də aktiv şəkildə müxtəlif müsabiqələrdə iştirak edəcəm, xaricdən qonaqlar, spikerlər və sahə ilə bağlı digər mütəxəssislər dəvət edəcəm”.

 F.İsmayılzadənin ilk iş yeri məhz Silikon Vadisində inkubasiya mərkəzi olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...