Sentyabrın 17-də Vergilər Nazirliyi həyat sığortası üzrə yeni şirkəti qeydiyyata alıb.
“Meqa Həyat Sığorta” ASC “Meqa Sığorta” siğorta şirkətinin hazırkı hüquqi ünvanında təsis edilib: Bakı, Əhməd Rəcəbli küçəsi, 19. Təsisçilər şirkətin kapitalına 11 mln. manat yatırıb.
Hələlik səhmdarların adı gizli saxlanılır.
Xatırladaq ki, “Meqa Sığorta” Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmdarları hər biri 19% payla Fərəh Məmmədova (“Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri), Rauf Əliyev , Nəzakət İsmayılova və Zaur Quliyev, 14% payla Yaşar Qurbanov (“Meqa Sığorta”nın Direktorlar Şurasının sədri) və 10% payla Zeynal Əliyevdir.