Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaqdır. Mərasimdə Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin də iştirak edəcəkdir.
Layihəni Azərbaycanın “Azərmaş” şirkəti Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirir.
Ötən ilin Aprel ayında Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
“QAZ” məşhur “Qazel” markalı avtomobilləri sitehsal edir.
Marja