Azərbaycanda virtual müəssisələr yaradılacaq – rəsmi

Date:

Paylaş:

Azərbaycanda işəgötürənlərin kadr hazırlığında iştirakını stimullaşdırmaq üçün müvafiq normativ hüquqi baza və iqtisadi həvəsləndirmə mexanizmləri yaradılacaq.

Bizplus.az “Banker.az”a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda öz əksini tapıb.

Strategiyanın icrasında işəgötürənlər və işçilərlə münasibətdə inzibati yanaşmadan daha çox həvəsləndirmə yanaşmasına üstünlük veriləcək.

Sənəddə prioritet istiqamətlər kimi qeyd edilir ki, işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, bacarıqların inkişafı, virtual müəssisələrin (təcrübə müəssisələrinin) yaradılması, peşəyönümü sisteminin daha səmərəli təşkili, səriştəəsaslı modul təlimin və iş yerində təlimin təşviqi, ömürboyu təhsil üzrə milli kvalifikasiya sisteminin formalaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınması, əlilliyi olan şəxslərin məşğulluğunun və əmək standartlarının yüksəldilməsi, əməkçi miqrantların sosial müdafiəsinin gücləndirilməsi, ikili peşə təhsili sisteminin (“dual study”) tətbiqi kimi məsələlər qarşıya qoyulan hədəflərdəndir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...