Azərbaycanda uğurlu işlərə imza atan 9 təşəbbüskar

Date:

Paylaş:

Elnur Baimov

Elnur Baimov 1974-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirib. 1998-ci ildə İngiltərənin Bristol Universitetinin Biznesin İdarə Olunması ixtisası üzrə təhsil alıb. 2003-2009-cu illərdə day.az xəbər portalında baş redaktor kimi çalışıb. 2009-cu ilin oktyabrında news.azmugamradio.az layihələrini hazırlayıb. Disput.azTurbo.az, Boss.az, Oxu.az, Tap.azBina.az saytlarının təsisçisidir. Hazırda ABŞ-da yaşayır.

Fərid İsmayılzadə

Fərid İsmayılzadə

Fərid İsmayılzadə 1984-cü ildə Şəki şəhərində dünyaya gəlib. Ali təhsilini Bilkent Üniversiteti, San Xose Dövlət Universiteti, Maastrixt Menecment Məktəbi və ADA Universitetində alıb. 2007-ci ildə “Golden Pay” şirkətini quraraq Azərbaycanda onlayn ödəmələr sahəsində sahibkarlıq fəaliyyətinə başlayıb. Şirkətin yaratdığı Hesab.az portalı bügün Azərbaycanın ən böyük onlayn xidmətlər portalı hesab olunur. Sistemin formalaşması üçün ümumilikdə 300 min manat sərmayə yatırılıb.

Çingiz Səfərov

Çingiz Səfərov

Çingiz Səfərov 1982-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsində ali təhsil alıb. İlkin büdcəsi 200$ olan və 13 il ərzində aznet ilə birgə inkişaf edən Safaroff Agentliyinin həmtəsisçisidir. Bügün ölkənin ən böyük digital komandası ilə birgə ən bahalı və ən önəmli layihələrə imza atmış agentliyin rəhbəridir.

Hüseyn Hüseynzadə

hüseyn hüseynzadə

Hüseyn Hüseynzadə 1989-cu ildə Bakı şəhərində anadan olub. Nijni Novqorod Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində ictimaiyyətlə əlaqələr ixtisası üzrə ali təhsil alıb. KATV1 kabel televiziya operatorunda mətbuat katibi və biznesin inkişafı şöbəsinin rəisi, Myvideo.az layihəsinin rəhbəri vəzifəsində işləmişdir. Azerizone agentliyinin təsisçisidir.

Fərid İslamov

Fərid İslamov

Fərid İslamov 1990-cı ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetin maliyyə ixtisasını fərqlənmə diplomu ilə bitirib. 5 il bank sektorunda çalışıb. 2012-ci ildə məşhur banco.az portalını yaradıb. Həmçinin banco tv, banco academy, sigorta.wspomada.az layihələrinin də təsisçisidir.

Rafael Əzizov

Rafael Əzizov

Rafael Əzizov 1979-cu ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini magistr pilləsi üzrə fərqlənmə ilə bitirib, 1999-cu ildə “Hava Nəqliyyatının Baş Gömrük İdarəsi”-nin böyük inspektoru kimi işə başlayıb. 2013-cü ildə Azərbaycanın ən iri internet şirkətlərindən biri olan COOL Digital Groupu yaradıb. COOL Digital Group şirkətinin tərkibinə məşhur avtomobil portalı Auto.az, əyləncəli Friday.az portalı, urban.az, onlayn sığorta saytları Amigo.azAutosigorta.az, onlayn məhsul satışı və xidmət saytı Mart.az, rəqəmsal marketinq agentliyi COOL Agency, internet mediaseller COOL Media daxildir.

Toğrul Səmədov

toghrul samad

Toğrul Səmədov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetində təhsil alıb. 2011-ci ildə Tor Digital Agency şirkətini təsis edib. Şirkətin 2015-ci ildə 100 min dollar vəsaitlə yaratdığı və mobil telefonlar üçün nəzərdə tutulan Fatal Fight oyunu qlobalda 5 milyon dəfədən çox endirilib. Oyun 2017-ci ildə 3 illik potensial gəlir qarşılığında Estoniyanın iTech Media Solutions şirkəti tərəfindən satın alınıb.

Arif Şəmistanlı

Arif Şəmistanlı

Arif Şəmistanlı 1990-cı ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə mover.az layihəsini yaradıb.

Müşviq Həsənov

Müşviq Həsənov 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. Dövlət İdarəçilik Akademiyasının hüquq ixtisasını bitirib. Tələbəlik illərindən beynəlxalq şirkətlərdə marketinq və layihə meneceri vəzifələrində çalışıb. BeSmart.az saytının həmtəsisçisidir. Hazırda Raphael Group və Brando şirkətlərinin direktorudur.

Türkiyədə uğurlu işlərə imza atan 10 təşəbbüskar

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...