Azərbaycanda ÜDM-nin illik artımı proqnozlaşdırılıb

Date:

Paylaş:

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2020-2023-cü illərdə Azərbaycanda Ümumi daxili məhsulun (ÜDM) orta illik artımının 2,3% səviyyəsində olacağının gözlənildiyini bildirib.

Agentliyin proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda ÜDM-nin real artımı 1,7% təşkil edəcək, 2021-ci ildə 3,2%-dək sürətlənəcək, 2022-2023-cü illərdə illik 2,2% səviyyəsində sabitləşəcək.

2020-ci ildə ÜDM-nin nominal həcmi 46 milyard, 2021-ci ildə 46 milyard, 2022-ci ildə 48 milyard, 2023-cü ildə 50 milyard dollar təşkil edəcək.

Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə tədiyə balansının profisiti ÜDM-nin 6,1%-ni, 2021-2022-ci illərdə 5,8%-ni, 2023-cü ildə 5,3%-ni təşkil edəcək.

2020-ci ildə Azərbaycanın xarici ticarətdə profisiti ÜDM-nin 15,5%-ni, 2021-ci ildə 15,2%-ni, 2022-ci ildə 15,3%-ni, 2023-cü ildə 15%-ni təşkil edəcək.

S&P agentliyinin proqnozlarına görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ÜDM-nin 19,6%-ni, 2021-ci ildə 18,7%-ni, 2022-ci ildə 18,4%-ni, 2023-cü ildə 18,2%-ni təşkil edəcək.

Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin 3%, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1%, 2023-cü ildə 3,2% artacağını proqnozlaşdırır. Beləliklə, hökumətin qiymətləndirmələrinə görə, bu dövrdə ÜDM-nin orta illik artımı 3,21% təşkil edəcək.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...