Azərbaycanda startap və investorlar üçün onlayn platforma yaradılıb

Date:

Paylaş:

Azərbaycanda ilk dəfə olaraq startap və investorlar üçün onlayn platforma yaradılıb.

Bunu layihənin rəhbəri Emin Sultanov deyib.

Onun sözlərinə görə, söhbət investor və sahibkarlar arasında investisiya əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə yaradılan investme.az adlı axtarış portalından gedir.

“Bu platforma sahibkarlara layihələrin qurulması, satılması və ya inkişaf etdirilməsi üçün investisiya cəlb etməyə imkan yaradacaq. Maraqlı ideya axtarışında olan investorlar layihələri maliyyələşdirə və yaxud hazır şirkət ala bilərlər. Yeni platforma startapçıları və inversorları bir araya gətirmək məqsədi ilə yaradılıb. Riskləri minimuma endirmək məqsədilə hər iki tərəf hüquqi indentifikasiyadan keçəcək”, – deyə E. Sultanov qeyd edib.

Layihə rəhbəri əlavə edib ki, platformaya qoşulan startaplar təhlil olunacaq və maliyyə nəzarətinə alınacaq. Bu, həm onların məsuliyyətini artıracaq, həm də layihələrin icrasına yatırılan sərmayələrə nəzarət etməyə imkan yaradacaq.

“Yayınma halları olduğu təqdirdə yarana biləcək potensial risklər barədə həm investorlar, həm də startapçılar dərhal məlumatlandırılacaq. Məqsədimiz bu platformaya yerli və xarici investisiya fondlarını və bankları cəlb etməkdir ki, bu istiqamətdə artıq danışıqlar aparılır”, – deyə E. Sultanov əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...