Azərbaycanda şirkətə 46 min dollar cərimə yazılıb

Date:

Paylaş:

Xəzər Rayon Məhkəməsində “Oval ST” MMC-nin 46062.3 ABŞ dolları (230310,15 ABŞ dollarının iyirmi faizi miqdarında) cərimə edilməsi barədə qərar çıxarılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən yazdığı protokola əsasən cərimələyib.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xəzər Rayon Məhkəməsinin qərarından şirkətin rəhbəri Məmmədzadə Asiman Aslan oğlu tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Şirkətin fəaliyyət istiqaməti ilə bağlı hər hansı məlumat yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...