Azərbaycanda sığorta bazarı 8% kiçilib

Date:

Paylaş:

019-cu ilin yanvar-iyul ayları ərzində Respublikada sığorta yığımının həcmi 422,93 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq icmal göstəricilərində deyilir.

Bildirək ki, bu ötən ilin eyni dövründə 459,85 mln. manat idi, bu isə 8 faizdən çox azalma olması deməkdir.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi cəmi 154,63 mln. manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım olması deməkdir.

Könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub.

2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...