Azərbaycanda seçkilər mobil telefonla keçirilə bilər

Date:

Paylaş:

“Estoniyada və Rusiyanın bir hissəsində elektron, mobil cihaz vasitəsilə seçki sisteminin tətbiqinə başlanılıb. Əgər onlar bu sistemin tətbiqindən məmnunluqlarını ifadə etsələr və vətəndaşların səslərinin ifadəsində yaxşı bir metod olduğunu qəbul etsələr, hesab edirəm ki, bunu Azərbaycanda da gələcəkdə tətbiq etmək olar”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

“Burada gizli bir şey yoxdur. Biz istəmişik ki, ən mütərəqqi metodları Azərbaycanda tətbiq edək. Daha yaxşısı olacaqsa, tətbiq edəcəyik. Amma biz eksperiment keçirmək niyyətində deyilik. Hesab edirəm ki, hazırki seçki qanunvericiliyi Avropa standartlarına uyğundur. Fikrimcə, bizim indiki standartlar seçkinin şəffaf və ədalətli keçirilməsi üçün yetərlidir. Biz dünyada inkişaf etmiş, müasir çağırışlara cavab verən bir dövlətik. Yeni qaydaların da tətbiq olunmasında heç bir problem yoxdur”, – MSK katibi əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...