Bu ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı iyul ayı ilə müqayisədə 2,4% azalıb.
“Global Stats” statistika mərkəzinin məlumatına görə, sentyabrın 1-nə “Samsung”un ölkə üzrə bazar payı 57,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,3% azdır. Populyarlığına görə “Samsung” ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.
Cari ilin avqust ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı 18% artıb. Bu göstərici sentyabr ayının 1-nə olan məlumata görə, 14,3% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,8% çoxdur.
3-cü yerdə bazar payı 12,3% olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı avqust ayı ərzində 4,3% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 9,1% çoxdur.
Digər mobil cihaz istehsalçılarının Azərbaycan bazarı üzrə pay bölgüsü: “Huawei” – 3,45%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,02%, LG – 1,79%, “Nokia” – 1,75%, “Lenovo” – 1,34%, HTC – 0,99%, “Alcatel” – 0,76% və s.