Azərbaycanda sənaye istehsalı 2% artıb

Date:

Paylaş:

Sənaye müəssisələri və bu sahədə Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 30,9 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,2% artıb.

Sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5% azalıb, əmtəəlik qaz hasilatı isə 30,9% artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1%, kompüter, elektron və optik məhsulların istehsalı 78%, içkilərin istehsalı 44,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8%, tütün məmulatlarının istehsalı 32,2%, kimya sənayesi məhsullarının istehsalı 30,7%, mebel istehsalı 30,4%, kağız və karton istehsalı 26,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4%, qida məhsullarının istehsalı 15,7%, poliqrafiya məhsullarının istehsalı 12%, maşın və avadanlıqların istehsalı 4,6%, tikinti materiallarının istehsalı 4,2%, geyim istehsalı 8,1%, neft məhsullarının istehsalı 1,6% artıb, əczaçılıq məhsullarının istehsalı 9,8%, elektrik avadanlıqlarının istehsalı 11,1%, sair nəqliyyat vasitələrinin istehsalı 14,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5% artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...