Azərbaycanda qatarlar üçün innovativ tədbir görüləcək

Date:

Paylaş:

“Azərbaycan Dəmir Yolları” QSC-də qatarlara ilk dəfə olaraq GPS sistemi quraşdırılacaq.

Bunu açıqlamasında QSC-nin İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin rəisi Nəriman Nağıyev bildirib.

Onun sözlərinə görə, quraşdırılacaq sistem vasitəsilə maşinistə xəbərdarlıq olunacaq:

“Qatar hərəkətdə olan zaman qarşıda maneə, təhlükə olarsa, sistem vasitəsilə hərəkət sürətinə nəzarət olunacaq və mühərrikin işini məsafədən dayandırmaq imkanımız olacaq.

Məsələn, qatar sürətli hərəkət edir, qəfil şəkildə qarşıya maşın və digər maneə çıxır, sürət azalana kimi arıtq problem yaranır. GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq. Bu proses 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək”.

QSC rəsmisi bildirib ki, Bakı-Astara dəmir yolu xətti ilə bağlı layihədə yolların əsaslı təmiri və elektrikləşdirilməsi yer alır:

“Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsi yenidən qurulacaq.  Bu zaman birxətli yolun ikixətli edilməsi, elektrikləşdirilməsi və işarə vermə rabitə sisteminin quraşdırılması planlaşdırılır. Bu işlər çərçivəsində torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...