Azərbaycanda “Peugeot”un yeni modeli istehsal ediləcək

Date:

Paylaş:

“Neftçala Avtomobil Zavodunda “Peugeot” markalı avtomobilin daha bir modelinin istehsalı planlaşdırılır”.

Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, yeni avtomobilin istehsalı 2019-cu ilin ortaları üçün nəzərdə tutulub: “Təxminən, üç ay sonra “Peugeot 207” modelinin istehsalına başlamağı düşünürük. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq”.

“Azərmaş” rəsmisi bildirib ki, yeni avtomobilin digər özəlliyi onun “Peugeot” adı ilə satışa çıxarılmasındadır: “Hazırda istehsal edilən “Peugeot 406” avtomobili həm “Peugeot”, həm də “Hazar” adı istifadə edilir. Amma bu modeldə yalnız “Peugeot” adından istifadə ediləcək”./Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...