Azərbaycanda parfümeriya mağazalarının reytinqi – ARAŞDIRMA

Date:

Paylaş:

Azərbaycanda əhalinin ən çox alış-veriş etdiyi parfumeriya mağazaları məlum olub.

Bizplus.az xəbər verir ki, bu “Business Insight International Research Group”un  “İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı” məlum olub. Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.

Sorğuda məlum olub ki, əhalinin 36,4%-i parfumeriyanı tanınmamış mağazalardan, 22,5% əldən və ya xaricdən, 1,5% isə onlayn alır. Rəyi soruşulanların 8,9%-i isə parfumeriyadan istifadə etmədiyini açıqlayıb.

Azərbaycanın parfumeriya və kosmetik bazarının təqribən 30%-i isə ayrı-ayrı mağazaların payına düşüb. Sorbu göstərib ki, parfumeriya satışında lider «Ideal» mağazalar şəbəkəsidir. Sonrakı yerləri «Faberlic», «Oriflame» və «Sabina» mağazalar şəbəkəsi davam etdirir.

Belə ki, rəyi soruşulanlardan

15% – «İdeal Parfumeriya»,

6,9% – «Faberlic»,

6,9% – «Oriflame»,

5,3% – «Sabina»,

2,7% – «Avon»,

2,2% – «Suel Parfume»,

0,9% – «Duty Free»,

0,9% – «İydə»

3% – digər mağazalardan alır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...