Azərbaycanda öz hostelini necə açmaq olar? – İş adamından məsləhət

Date:

Paylaş:

Bütöv bir hostel mədəniyyəti var. O, turistlər və onları qəbul edən şəxslərin ənənələr və yazılmamış qanunlarla qarşılıq fəaliyyətindən ibarətdir.

Bizplus.az bildirir ki, bununla bağlı Media.Az-a müsahibəsində Bakıdakı “Zion Hostel”in sahibi Emin danışıb.

“Bütün gözəllik ondadır ki, hostel sahibləri qonaqlar üçün ev rahatlığı və təbii şərait yaradır. Turistlər ümumi zala yığışa, kofe içə, müxtəlif oyunlar oynaya və söhbət edə bilərlər”, – Emin deyib.

O əlavə edib ki, hostelin açılması üçün ilkin kapital birbaşa layihədən asılıdır.

“Misal üçün, bizdə hostelin rəsmiləşdirilməsi üçün köməkçi vasitələrdən istifadə fikri vardı. Bütün mebellər əllə hazırlanıb. Bununla vəsaitə qənaət etdik, ancaq vaxtımız və əməyimiz üçün çox getdi”, – Emin bildirib.

Onun sözlərinə görə, hostel açmaq üçün minimum 20 min manat lazımdır.

Hosteldə qalmaq dəyərinə gəlincə isə, Emin deyib ki, hazırda ən ucuz qiymət 15 manatdır.

O qeyd edib ki, bütün fəaliyyət göstərənlər üçün bir qayda var – axşam saat 10-dan sonra səs salmaq olmaz.

“Hostelimiz köhnə çoxmənzilli evdə yerləşir və bizim qonşularımız var. Qeyd edim ki, biz yalnız əcnəbiləri qəbul edirik. Hətta onlara müvafiq şəraitdə müxtəlif ölkələrdən müxtəlif millətlərdən olan insanları görmək maraqlıdır.

Bütün dünyadan qonaqlarımız olur. Yaz və payızda əsasən MDB ölkələrindən, yayda Avropadan, xüsusən də Almaniya, İngiltərə, Polşa və başqa ölkələrdən gələnlər olur. Amerikadan gələn turistlər də olur”, – hostel sahibi bildirib.

©oxu.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...