Azərbaycanda nar biznesi inkişaf etdiriləcək

Date:

Paylaş:

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib.

“Report” AZPROMO-ya istinadən xəbər verir ki, iclasda narın xarici bazarlara daha geniş həcmdə çıxarılması və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsi müzakirə olunub.

Fondun vitse-prezidenti Yusif Abdullayev ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsulları arasında nar və nardan hazırlanan məhsulların ixrac bazarları barədə məlumat verib, nar istehsalçılarını “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyinin təşkil etdiyi ixrac missiyalarında, beynəlxalq sərgi və yarmarkalarda, həmçinin təşviqat və təbliğat xarakterli digər mühüm tədbirlərdə fərdi qaydada iştirak etməyə dəvət edib.

İclasda Assosiasiyanın təşkilati məsələlərinə də baxılıb.

Qeyd edək ki, Assosiasiya istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, yüksək keyfiyyətli xammal təchizatı və ixracının təşviq edilməsi istiqamətində fəaliyyət göstərir.

Nar biznesi qurmaq

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...