2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42.8 faiz artaraq 85.2 milyon manat olmuşdur ki, onun da 55.5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28.9 faizi ictimai iaşə xidmətlərindən, 6.0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9.6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26.2 faiz artaraq 549.2 min olmuşdur.